Bu kişilərin yalnız qız övladları dünyaya gəlir


Digərləri 09 Dek 2019 12:19:00 134 0

Bu kişilərin yalnız qız övladları dünyaya gəlir

Adətən qız övladının doğulmasına görə qadınlara "irad" tuturlar. Lakin qadının burada heç bir "günahı" yoxdur.

Son.az xəbər verir ki, bioloji nöqteyi nəzərdən gələcək uşağın cinsini ana deyil, ata "təyin edir". Bu nə deməkdir?

Bildiyimiz kimi, insan orqanizminin irsi məlumatları (dəri, gözlərin, saçların rəngi və s.) xromosomlar daşıyır. Cinsi xromosomlar X və Y olur. XX - qadın, XY - kişi fenotipidir. Kişi cinsi hüceyrələri olan spermatozoidlər X və ya Y xromosomu daşıya bilər. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi yalnız X xromosomu daşıyır. Əgər yumurta hüceyrəsini X xromosomu daşıyan spermatozoid tərəfindən mayalandırarsa qız (XX), Y xromosomu daşıyan spermatozoid mayalandırarsa oğlan uşağı (XY) dünyaya gələcək. Bəs bunu qabaqcadan proqnozlaşdırmaq mümkündürmü? Təbii ki, tam mümkün deyil. Lakin...