İnvaziv kardioloq Emin Hacıbalayev canlı yayımda “Koronar Angioqrafiya” mövzusunda çıxış edəcək


Digərləri 09 Dek 2019 10:30:00 131 0

İnvaziv kardioloq Emin Hacıbalayev canlı yayımda “Koronar Angioqrafiya” mövzusunda çıxış edəcək

İnvaziv kardioloq Emin Hacıbalayev canlı yayımda “Koronar Angioqrafiya” mövzusunda çıxış edəcək

Bakə. Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı invaziv kardioloqu Dr. Emin Hacıbalayev 11 dekabr 2019-cu il tarixində saat 16.00-da canlı yayımda “Koronar Angioqrafiya” mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Trend-ə verilən məlumata görə, Dr. Emin Hacıbalayev 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmiş, 2010-2013-cü illərdə Rusiyada, N.A. Bakulev adına Ürək damar cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzinin Angioqrafiya şöbəsində həkim-ordinator kimi çalışmışdır. Kardiologiyanın bütün sahələrində 10 il iş təcrübəsinə malik Dr.Emin Hacıbalayev 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq işləyir. O,ürəyin koronar damarlarının angioqrafiyası, balon angioqrafiya, aorta-koronar şuntlama, by-pass kontrol, periferik damarların angioqrafiyası kimi mürəkkəb invaziv müdaxilələr həyata keçirir.Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.