“İnvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 09 Dek 2019 10:10:05 117 0

“İnvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verilib

Bakı. İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. EUR. Beynəlxalq valyuta birjalarında bu həftə investorlar üçün önəmli həftə olacaqdır. Çərşənbə günü Amerika Mərkəzi Bankının sonuncu faiz qərarı və cümə axşamı Avropa Mərkəzi Bankının yeni sədrinin ilk açıqlamaları əsas gözlənilən hadisələrdir. ABŞ-dan çərşənbə günü inflyasiya və cümə günü pərakəndə satış dövriyyələri ilə bağlı dərc ediləcək önəmli fundamental məlumatlar da diqqət mərkəzində olacaqdır. 1.11$-ın altında ticarət edilən avronun qiyməti isə 1.10$-a kimi də ucuzlaşa bilər. GBP. Ayın 12-də İngiltərədə keçiriləcək növbədənkənar parlament seçkisi də önəmli hadisələr sırasındadır. Son günlər isə hakimiyyət sıralarının parlamentin aşağı palatasında üstünlüyü ələ keçirə biləcəyi ehtimalları fonunda GBP/USD məzənnəsi bahalaşmaqdadır. 1.31$-a təklif edilən məzənnə 1.32$-a kimi də dəyər qazana bilər. Bununla yanaşı, çərşənbə axşamı İngiltərədən açıqlanacaq iqtisadi inkişafa dair fundamental göstəricilər də önəmli roll oynayacaqdır. TRY. USD/TRY məzənnəsində bahalaşma müşahidə edilir və təhlillər qiymətin 5.87TL-yə kimi inkişaf edə biləcəyinə işarədir.