Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı (FOTO)


Digərləri 09 Dek 2019 09:50:00 108 0

Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı (FOTO)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza Aeroport yolunda üzü Mərdəkan istiqamətində qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib. "Jeep", "Opel" və "Saipa" markalı avtomobillər arasında baş verən zəncirvari qəzada xəsarət alanın olduğu da deyilir. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Adıçəkilən ərazidə avtomobillər arasında sıxlıq müşahidə olunur.