İranda avtobus aşdı, yaralananlar var (FOTO)


Digərləri 09 Dek 2019 09:36:32 134 0

İranda avtobus aşdı, yaralananlar var (FOTO)

İranın şimalında yerləşən Simnan vilayətində Məşhəd-Tehran avtobusu aşıb.

Bakı. Elnur Bağışov - İranın şimalında yerləşən Simnan vilayətində Məşhəd-Tehran avtobusu aşıb. Trend-in məlumatına görə, bunu İranın Simnan vilayətinin Qırmızı Aypara Cəmiyyətinin icra direktoru Müzəffər Məhəmmədxani deyib. M.Məhəmmədxaninin sözlərinə görə, yerli vaxtla saat 5:26-da baş verən hadisədə 24 nəfər yaralanıb. İdarə rəsmisi yaralıların təcili yardım maşınları ilə müalicə mərkəzlərinə çatdırıldığını deyib.