CARda mədəndə qəza nəticəsində 4 fəhlə öldü


Dünya 09 Dek 2019 08:59:00 128 0

CARda mədəndə qəza nəticəsində 4 fəhlə öldü

Cənubi Afrika Respublikasının Orkni şəhərindəki qızıl mədənində çökmə nəticəsində baş verən qəzada 4 fəhlə ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə dekabrın 7-si günorta saatlarında baş verib. Çökmə nəticəsində 5 fəhlə mədəndə iflic vəziyyətdə qalıb. Xilasetmə əməliyyatı nəticəsində fəhlələrdən birini xilas etmək mümkün olub. Ölən fəhlələrin cəsədləri dekabrın 8 mədəndən çıxardılıb.

CAR-nın Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ötən il ölkədə mədənlərdə 81 nəfər ölüb.