Palma yağı kəskin bahalaşıb


Digərləri 08 Dek 2019 23:25:00 162 0

Palma yağı kəskin bahalaşıb

Qlobal qida qiymətləri, ət və bitki mənşəli yağların beynəlxalq qiymətlərindəki artımlar ilə əlaqədar olaraq, iki ildən uzun müddətin ən yüksək səviyyəyə çataraq, Noyabrda da böyük artım qeyd edib.

Son.az marja.az-a istinadən bildirir ki, qida məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO Qida Qiymətləri İndeksi, Noyabrda aylıq müqayisədə 2.7%, illik müqayisədə isə 9.5% artaraq 177.2 bəndə çatıb.

FAO Bitki mənşəli Yağ Qiyməti İndeksi Noyabr ayında 10.4% yüksəlib. Kanola və soya yağları da bahalaşıb.  Palma yağının bahalaşmasının səbəbləri bu yağa qlobal tələbin artması və biyodizel istehsalı istifadəsindəki artım və gələn il gözlənilən aşağı məhsuldarlıqdır.

FAO Ət Qiyməti İndeksi, bir əvvəlki ay ilə müqayisədə rekord artımla 4.6% yüksəlib. Böyük və kiçik baş heyvanların qiymətləri tələbin artması ilə qalxır.

FAO Şəkər Qiyməti İndeksi, gələn il qlobal şəkər istehlakının istehsalı keçəcəyi proqnozu ilə 1,8% artıb.