Səhərlər üzə qulluq: Bunları etsəniz...


Digərləri 08 Dek 2019 23:40:00 162 0

Səhərlər üzə qulluq: Bunları etsəniz...

Üz dərisinə qulluq səhər və axşam düzgün şəkildə aparıldıqda yaxşı nəticə əldə olunur.

Səhərlər üzə qulluq necə olmalıdır?

Hər gün yuxudan oyanan kimi üz dərsinin gözəl görünməsi, sızanaqlar, çivzələr, qara nöqtələrin yaranmasının qarşısını almaq üçün üz dərisini təmizləmək lazımdır. Yuxudan oyanan kimi bir stəkan su içmək dərinin gözəl görünməsi üçün vacib amil sayılır. Həm dərinin qidalanması, həm də nəm qalması üçün yetərində su içmək vacibdir. Maye tərkibli vasitələrlə üzü masaj etmək, sonra isə soyuq su ilə durulamaq tövsiyə olunur. Bu, gün ərzində dərinin həm gözəl görünməsinə kömək edəcək, həm də yağlanmasının qarşısını alacaq. Bundan sonra üzü tərkibində spirt olmayan, dərinin PH səviyyəsini qoruyan toniklərlə silmək lazımdır.