Qızartma yeməklər üçün hansı yağ daha xeyirlidir?


Digərləri 08 Dek 2019 21:50:00 211 0

Qızartma yeməklər üçün hansı yağ daha xeyirlidir?

Qızartma yeməklərin sağlamlıq üçün faydalı olmadığı hər zaman bəyan edilsə də, müasir dövrdə bu qidaların populyarlığını nəzərə alan həkimlər, yeməkləri hansı yağla qızartmağın daha faydalı ola biləcəyini araşdırıblar.   

Son.az e-tibb.az-a istinadən bildirir ki, qızartma yeməyin zərərini azaltmaq üçün yağ seçimini diqqətlə nəzərdən keçirmək lazımdır. Hesab olunur ki, ənənəvi günəbaxan yağları sağlamlıq üçün ən yaxşı seçim deyil.

Mütəxəssislər qızartma yeməklər üçün aşağıdakı üç variantdan birini seçməyi məsləhət görürlər:

1. Avokado yağı. Hipertoniya və ürək-damar sistemi xəstəliklərinin qarşısının almaq üçün mükəmməl yağ sayılır. Bundan əlavə, avokado yağı iltihabi proseslərin inkişafına mane olur.