İranda parlament seçkilərinə 16 mindən çox şəxs qeydiyyatdan keçib


Digərləri 08 Dek 2019 19:25:00 105 0

İranda parlament seçkilərinə 16 mindən çox şəxs qeydiyyatdan keçib

İranda parlament seçkilərində deputatlığa namizədlik üçün 16 145 nəfər qeydiyyatda olacaq

Bakı. Elnur Bağışov - İranda parlament seçkilərində deputatlığa namizədlik üçün 16 145 nəfər qeydiyyatda olacaq. Trend-in məlumatına görə, bunu İranın Seçki Komitəsinin sədri Camal Ürf mətbuat konfransında deyib. C.Ürfün sözlərinə görə, 15 618 nəfərin qeydiyyatı başa çatıb və bəzi şəxslərin anketlə müraciət etdiyinə və onların qeydiyyatının sistemdə başa çatmadığına görə, say artacaq. Komitə sədri əlavə edib ki, qeydiyyata düşənlərin 88%-i kişi, 12%-i isə qadındır. O bildirib ki, qeydiyyata düşənlərin 248 nəfəri hazırkı deputatlardır: "Qeydiyyata düşənlərin 3 209 nəfəri 36-40 yaş, 2 837 nəfəri 42-45 yaş, 61 nəfəri isə 71-75 yaş arasındadır".