Daimi stress və yuxusuzluq bu xəstəliyə də səbəb olurmuş


Digərləri 08 Dek 2019 19:10:00 137 0

Daimi stress və yuxusuzluq bu xəstəliyə də səbəb olurmuş

Daimi stress gözlərdə qlaukomanın yaranması və yuxusuzluqla müşayiət olunur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, ABŞ və Almaniyadan olan tədqiqatçıların birgə fəaliyyəti qlaukoma və yuxusuzluq arasında aydın görünən əlaqənin olduğunu müəyyən etməyə imkan verib. Bu cür nəticələr görmə orqanlarında xəstəlikləri olan 6500-dən çox resipiyentin vərdişləri əsasında əldə edilib.

Ekspertlər hər bir xəstənin yuxu saatlarının müddətini, sonrakı yuxu üçün yuxu həbinin mövcudluğunu və gündüz aktivliyi nəticəsində yaranan yorğunluq göstəricilərini nəzərə alıblar.

Bir müddət sonra alimlər müəyyən ediblər  ki, 180 dəqiqədən az və ya 600 dəqiqədən çox yatmış fərdlər standart yuxu müddəti olan insanlardan daha çox görmə aparatının  zədələnməsi şəklində diskomfortu hiss edirlər.