Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var


Dünya 08 Dek 2019 18:57:06 102 0

Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var

​Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Litvada yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin milli radiosu məlumat yayıb.

Məlumata görə, hadisə Kaunas rayonunda baş verib. Təyyarə evin həyətinə düşüb. Qəza zamanı 2 nəfər həlak olub.

Hadisə zamanı sakinlər arasında xəsarət alan olmayıb.

Qeyd edilir ki, həlak olanlar 30 və 65 yaşlı yaşlarında iki nəfərdir. İlkin informasiyaya əsasən, həlak olanlardan biri - təcrübəli pilot Viktoras Ramonasdır.