Məşhur aktyor vəfat etdi


Dünya 08 Dek 2019 16:23:00 146 0

Məşhur aktyor vəfat etdi

Amerikalı aktyor Ron Libman 82 yaşında dünyasını dəyişib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, aktyor pnevmoniya xəstəliyindən vəfat edib.

Qeyd edək ki, Libman 1979-cu ildə "Kez" serialındakı roluna görə "Emmi"yə, 1993-cü ildə "Mələklər Amerikada" tamaşasındakı roluna görə isə "Toni" mükafatına layiq görülüb. O, "Dostlar" serialındakı doktor Leonard Qrin obrazı ilə məşhurluq qazanıb.