Yer kürəsinə qorxunc təhlükə:


Dünya 08 Dek 2019 15:21:00 190 0

Yer kürəsinə qorxunc təhlükə:

Avropa Kosmos Agentliyi (ESA) və ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsini ehtimal olunan asteroid təhdidlərindən qorumaq üçün əməkdaşlıq haqda qərar verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, ESA yaydığı açıqlamada NASA ilə birlikdə "Didymos" adlı əkiz asteroidlə bağlı araşdırma aparmaq üçün işbirliyində olacağını bildirib.

Təsdiq olunan birgə layihəyə görə, NASA-nın "DART" adlanan kosmos cihazı əkiz asteroidlərdən birinə çırpılaraq, yaranan vəziyyəti müşahidə altında saxlayacaq.

ESA-nın əməliyyatda iştirak edəcək "HERA" adlı aparatı isə toqquşmadan sonra ortaya çıxacaq dəlilləri toplayaraq analiz edəcək.