ABŞ tanınmış iranlı alimi azad etdi


Dünya 08 Dek 2019 13:54:00 128 0

ABŞ tanınmış iranlı alimi azad etdi

ABŞ İranın molekulyar fizika üzrə tanınmış alimi Məsud Süleymanini azad edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ildə Minnesota ştatında Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən heç bir iddia irəli sürülmədən həbs edilən alim sonradan Vaşinqtona gətirilərək buradakı həbsxanalardan birində saxlanılırdı.

Üçüncü tərəfin vasitəsilə İran ilə ABŞ arasında əldə olunan razılaşmaya əsasən Məsud Süleymaninin azadlığa buraxılması müqabilində rəsmi Tehran 2016-ci ildə ölkədə həbs olunan Syuzan Van adlı tələbəni azad edib.