Qubada Yevda Abramovla vida mərasimi keçirilir


Digərləri 08 Dek 2019 11:49:09 150 0

Qubada Yevda Abramovla vida mərasimi keçirilir

Qubada Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir

Bakı. Qubada Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir. Trend-in məlumatına görə, Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçirilən vida mərasiminə paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimlər gəlib. Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq. Xatırladaq ki, deputat dekabrın 6-da 71 yaşında dünyasını dəyişib. Millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu.