Di Kaprionun sevgilisi qırmızı xalıda göz qamaşdırdı


Digərləri 08 Dek 2019 10:24:00 127 0

Di Kaprionun sevgilisi qırmızı xalıda göz qamaşdırdı

Hollivud ulduzu Leonardo Di Kaprionun özündən 23 yaş kiçik sevgilisi Kamila Morrone Mərakeşdə təşkil edilən festival çərçivəsində Avstraliya kinosuna həsr edilən qala gecəsinə qatılıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, 22 yaşlı Morrone geyimi və gözəlliyi ilə gecənin ulduzuna çevrilib. Tədbirdə bütün diqqətləri üzərinə toplayan model kameralara da poz verib.

Qeyd edək ki, bir müddətdir Di Kaprio ilə sevgilisi olan Kamila yaş fərqi ilə bağlı suala "İnsan hər yaşta birinə aşiq ola bilər. Bunda hər hansı problem yoxdur" deyə, cavab vermişdi.