“Zeytun yağı ana südü ilə eynidir”


Digərləri 07 Dek 2019 23:55:00 202 0

“Zeytun yağı ana südü ilə eynidir”

"Zeytun qızıl, zeytun yağı isə qızıl suyudur".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu məşhur dietoloq, daxili xəstəliklər və kardiologiya uzmanı, professor Canan Karatay deyib.

Onun sözlərinə görə, zeytun hətta qızıldan da qiymətlidir: "Qızıldan ötrü insanlar bir-birini öldürür, amma zeytun həyat bəxş edir. Uzun ömür, sağlamlıq verir".

O, hər zaman az yağ yemək barədə verilən tövsiyələrə də münasibət bildirib: "Az yağla yaşamaq mümkün olmaz. Dəzgahlar yağlanmasa işləməz. İnsan bədəni bir dəzgahdır".