Gürcüstanda balıqçı gəmisi qəzaya uğrayıb


Dünya 07 Dek 2019 22:52:00 154 0

Gürcüstanda balıqçı gəmisi qəzaya uğrayıb

Gürcüstanın Poti limanı yaxınlığında (Samegrelo - Zemo Svaneti diyarı) Qara dənizdə 30 ton balığın yükləndiyi gürcü balıqçı gəmisi qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Rustavi2" teleşirkəti bildirib.

Gəminin kapitanı bildirib ki, onlar böyük bir ağac parçası ilə toqquşublar:

"Ağac parçası gəmini zədələdi və nəticədə gəminin göyərtəsində su toplanmağa başladı. Göyərtəmizdə 30 tona yaxın balıq var idi".