Hansı qidalar baş ağrısını kəsir?


Digərləri 07 Dek 2019 21:15:00 143 0

Hansı qidalar baş ağrısını kəsir?

Fəsil, hava dəyişməsindən, yuxusuzluqdan başınız ağrıyırsa, ağrıdan dərmanla deyil, bəzi məhsullarla da qurtula bilərsiniz.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva bildirib.

Onun sözlərinə görə, ağrıkəsici və dərmanların təsir etmədiyi anlarda bəzi qidaların başağrısına müsbət təsir etdiyini qidalanma mütəxəssisləri də qeyd edirlər.

"Ağrıkəsici" məhsullar hansılardır?

Potasiumla zəngin olan kartof bu məhsullardan biridir. Sobada bişən kartof bədəndəki maye səviyyəsini nizamlayır.

Bədəndə su itkisi baş ağrısının ən vacib səbəblərindən biridir. Başağrısı olan vaxtlarda, sulu meyvələrə üstünlük vermək daha doğru olar.

Aşırı spirtli içki içildikdən sonra, damarlar genişlənir və bu səbəbdən baş ağrısı arta bilər. Bu zaman qəhvə içmək olar, kofein damarları daraldaraq, başağrısını aradan qaldırır. Bəzən karbohidrat azlığı da baş ağrısına səbəb ola bilər. Taxıllı çörək bədəndəki su itkisini nizamlayıb, baş ağrısnı önləyə bilər.