Təbrizli millət vəkili: Məclisin mövqeyi artıq zəifləyib


Dünya 07 Dek 2019 19:24:00 140 0

Təbrizli millət vəkili: Məclisin mövqeyi artıq zəifləyib

Təbrizin İran parlamentindəki millət vəkili bildirib ki, artıq parlament ölkənin qərarlarında təsiri azalıb.

Təbrizin İran parlamentindəki nümayəndəsi Şəhabüddin Bimiqdar NasrNews xəbər saytına müsahibəsində növbəti məclis seçkilərində namizədliyi irəlisürməyəcəyini və xalqın qarşısında başı aşağı olduğunu deyib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, o, yanacaq qiymətlərinin birdən 3 dəfə artırılması mövzüsüna toxunaraq, artıq başqa orqanların qərarlar aldığını və məclisdəki nümayəndəlrin sözlərinə dəyər verilmədiyindən gileylənib. "Qərar verənlər özlərini çoxbilmiş hesab edirlər, məclis və mütəxəssislərin fikirlərinə əhəmmiyyət vermirlər və belə bir vəziyyət də elmi olmayan qərarların nəticəsində gerçəkləşir" - deyə, millət vəkili deyib.

Bimiqdara görə, məclisin artıq çoxdandır ki, alınması gərəkən qərarlarda həlledici rolu yoxdur. O, millət vəkillərinin özləri təqsirkar olduğunu deyib. O deyib ki, onlar məclisin mövqeyini təmin edə bilmədilər.

Təbriz millət vəkili deyib ki, "İran İslam Respublikası prezidenti Həsən Ruhani Təbrizə səfəri zamanı benzinin qiymətinin bahalaşdırılmasından xəbərsiz olduğunu bildirərkən mən ona etiraz etmək istəyirdim, ancaq valinin hörməti üçün bundan imtina etdim. Prezidentin yanacaq qiymətinin artırılmasından gülərək xəbərsiz olduğunu deməsi xalqa hörmətsizlik idi."

Bimiqdar hesab edir ki, dövlət və hakimiyyət başçıları yanacaq qiymətinin 3 dəfə artırılması qərarı üçün xalqdan üzr istəməlidirlər. "Prezident dövlət və konstitutiyaya əməl edilmənin məsuliyyətini daşıyır və belə danışıqlar bir dövlət başçısına yaraşmaz" - deyə, o bildirib.