Həkimlər ilk dəfə “müvəqqəti ölüm” üsulunu sınadı


Digərləri 07 Dek 2019 19:05:00 127 0

Həkimlər ilk dəfə “müvəqqəti ölüm” üsulunu sınadı

"New Scientist"in xəbərinə görə, amerikalı alimlər ilk dəfə bir xəstəni anabioz (müvəqqəti ölüm) vəziyyətinə salaraq, əməliyyat etməyi bacarıblar.

Son.az deyerler.org-a istinadən bildirir ki, aparılan sınağın məqsədi, ağır yaralanma vəziyyətlərində cərrahi müdaxilə müddətini uzadaraq, xəstənin xilas edilməsi üçün vaxt qazanmaqdır.

Baltimordakı Merilend Universitetinin Tibb fakültəsinin alimi Samuel Tişerman, həmkarlarıyla birlikdə, bir xəstəni anabioz vəziyyətinə salmağı bacardıqlarını deyib.

Yeni üsul, məsələn, odlu silah və ya bıçaqla yaralanan və həyati təhlükəsi olan xəstələri canlandırma tədbirləri kompleksinə təcrübə xüsusiyyətində daxil edilib. Bu üsul ürəkləri dayanmış və ya qanlarının yarısından çoxunu itirmiş xəstələrə tətbiq olunur. Ağır yaralanma vəziyyətlərində həkimlərin müdaxilə etmək üçün sadəcə bir neçə dəqiqəlik çox qısa bir vaxtı var.

Yeni üsulda həkimlər cərrahi müdaxilə ilə kəskin qan itkisinin səbəbini tapmaq və aradan qaldırmaq üçün iki saat vaxt əldə edirlər. Qanın hamısının sıfır dərəcəyə qədər soyudulmuş izotonik məhlulları ilə əvəz edilməsi ilə orqanizm sürətlə 10-15 dərəcəyə qədər soyudulur. Bu vəziyyətdə beyin funksiyaları az qala tamamilə dayanan xəstə, soyutma sistemi ilə əlaqəsi kəsilərək əməliyyat masasına yatırılır. Əməliyyatdan sonra xəstənin bədən istiliyi yenidən artırılaraq, ürək yenidən işə salınır.