Xurmanı qızartmağa çalışmısız?


Digərləri 07 Dek 2019 15:42:00 142 0

Xurmanı qızartmağa çalışmısız?

Xurma üçün vaxt gəldi, indi istifadə etməyin yeni yollarını sınamağın da vaxtıdır. Əgər bu meyvəni xam şəklində yemək sizin üçün cansıxıcırdırsa, onu qızartmağı təklif edirik.

Son.az Lent.az-a istinadla bildirir ki, resept çox sadədir. Qızartmaq üçün qab, bir də qril lazımdır, xurma isə "formasını saxlamalıdır", yəni həddindən artıq yumşaq və şirəsi axmış vəziyyətdə olmamalıdır.

Buğda çörəyi və kəsmik də tələb olunur (istənilən turşumamış kəsmik). Qızardılmış xurma ilə sendviç hazırlayacağıq.

Çörəyi xırtıldayan hala gətirmək üçün yağda əvvəlcədən qızardın, yaxud tosterdə qurudun. Soyudun, sonra üzərinə pendir yayın. Xurmanı 1 santimetr qalınlıqda dilimlərə kəsin və yağsız tavaya qoyun, hər iki tərəfini qızılı rəng alana qədər qızardın.