Turizm reyestrinin qurulması üçün tender elan edilib


Digərləri 07 Dek 2019 15:35:00 146 0

Turizm reyestrinin qurulması üçün tender elan edilib

Dövlət Turizm Agentliyi “Dövlət satınalmaları haqqında” qanununun tələblərinə uyğun olaraq, turizm reyestri sisteminin qurulması xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib.

Bakı. İlhamə İsabalayeva - Dövlət Turizm Agentliyi “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə uyğun olaraq, turizm reyestri sisteminin qurulması xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib. Trend-in məlumatına görə, açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. İddiaçılar öz təkliflərini 2019-cu il 16 yanvar, tender təklifini və təklifin bank təminatını isə 24 yanvar tarixinədək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı gələn il 2019-cu il 25 yanvar tarixində dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaq.