Məşhur kosmetik məhsulların ölüm təhlükəsi


Digərləri 07 Dek 2019 15:24:00 148 0

Məşhur kosmetik məhsulların ölüm təhlükəsi

ABŞ-ın Kolorado ştatından olan alimlər dırnaq lakı və onu təmizləmək üçün bir vasitənin təhlükəli səviyyədə uçucu üzvi maddələr yaydığını aşkar ediblər.

Son.az Lent.az-a istinadla bildirir ki, alimlərin iddiasınca, bu, tənəffüs sistemin pozulmasına, sonsuzluğa və xərçəng xəstəliyə yoluxmağa gətirib çıxara bilər.

Bu risk qrupuna ilk növbədə gözəllik salonlarının işçiləri - tez-tez manikür və pedikür edənlər daxildirlər.

Tədqiqatçılar manikür salonlarındakı benzol və formaldehidin səviyyələrini ölçərək onların kifayət qədər həddini aşdığını müəyyənləşdiriblər.

İşçilərin orqanizminin daim bu maddələrə məruz qalması isə 20 il ərzində xərçəng riskini kifayət qədər artırır.