Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi bu tarixdən başlayacaq


Digərləri 07 Dek 2019 14:26:00 125 0

Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi bu tarixdən başlayacaq

Seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Bakı. Elçin Mehdiyev - Növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Trend-in məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin "Təqvim Planı"nda öz əksini tapıb. Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq. Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin