Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarının qalibləri müəyyənləşib (FOTO)


Digərləri 07 Dek 2019 13:42:00 152 0

Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarının qalibləri müəyyənləşib (FOTO)

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarının qalibləri müəyyənləşib.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarının qalibləri müəyyənləşib. Trend-in məlumatına görə, yarışlarda 9 komanda iştirak edib. Onlar üçün beş növ hərəkət hazırlanıb. Estafet yarışlarının yekununda “Qarabağ” komandası 499 xalla birinci olub, ikinci yeri 481 xalla “Gülüstan”, üçüncü yeri 466 xalla “Babək” komandaları tutub. Qalib və mükafatçılara kuboklar təqdim edilib. Bundan başqa, “Qobustan” (465 xal) dördüncü, “Koroğlu” (432 xal) beşinci, “Xəzər” (429 xal) altıncı, “Göygöl” (399 xal) yeddinci, “Odlar yurdu” (394 xal) səkkizinci, “Şahdağ” (379 xal) doqquzuncu olub.