"Park Cinema"da "Cumanci" filminin təqdimatı baş tutub


Digərləri 07 Dek 2019 13:11:00 415 0

"Park Cinema"da "Cumanci" filminin təqdimatı baş tutub

Ötən gün "Park Cinema" kinoteatrının "IMAX" filialında "Cumanci" filminin premyerası baş tutub. Kinoteatrın gözləmə zalı filmin mövzusuna uyğun olaraq meşə kimi dekorasiya edilib, yırtıcı heyvanların maketləri qoyulub. Bu da təqdimata gələn şəxslərin ən çox diqqətini çəkən məqamlardan olub. 

Furşetlə başlayan tədbirdə bloqerlər, əcnəbi qonaqlar və jurnalistlər iştirak ediblər. Premyera zamanı təsadüfi seçilən iki nəfərə hədiyyə verilib. Park Cinema şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyevin çıxışından sonra film başlayıb. O, dəvətliləri qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Kinodan əvvəl #biznağıldanışmırıq həştəqli illik yekun video təqdim olunub. Video 2019-cu il ərzində keçirilən qala gecələri və təqdimatlar zamanı baş verən maraqlı anların görüntülərindən ibarət olub.

"Jumanji" filmi 2019-cu ildə ABŞ-da çəkilib. Fantastik janrda lentə alınan filmdə komediya səhnələri də üstünlük təşkil edib. Rejissor Jake Kasdan-ın çəkdiyi film 2 saat 3 dəqiqə davam edir.

Film yaşı 12-dən yuxarı olan hərkəs üçün nəzərdə tutulub. Ekran işində məşhurlardan "Forsaj" filminin qəhrəmanlarından olan Dveyn Conson da var. O, iki aktrisa ilə öpüşmə səhnəsinə çəkilib. Aktrisalardan biri Şotlandiya əsilli Karen Gillandır. O, ekran işində açıq-saçıq geyimi ilə diqqət mərkəzində olub.