Yevda Abramovun dəfn mərasimi niyə gecikir?


Digərləri 07 Dek 2019 12:54:00 165 0

Yevda Abramovun dəfn mərasimi niyə gecikir?

Xəbər verdiyimiz kimi, ötən gecə yəhudi əsilli deputat Yevda Abramov dünyasını dəyişib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Y. Abramov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə uzun müddət İsraildə müalicə alıb. Dünən axşam saatlarında isə, müalicəsinin davam etdiyi Mərkəzi Klinikada vəfat edib. 

Deputatın bu gün torpağa tapşırılması gözlənilsə də, bu, baş verməyib. Çünki yəhudi inanclara görə, şənbə günü müqəddəs hesab edilir və bu gün bənzər işlər görülmür.