Naxçıvanda Dünya Şotokan Federasiyasının iclası keçirilib (FOTO)


Digərləri 07 Dek 2019 12:15:00 164 0

Naxçıvanda Dünya Şotokan Federasiyasının iclası keçirilib (FOTO)

Naxçıvanda Dünya Şotokan Federasiyası (WSF) İdarə heyəti üzvlərinin toplantısı keçirilib.

Bakı. Naxçıvanda Dünya Şotokan Federasiyası (WSF) İdarə heyəti üzvlərinin toplantısı keçirilib. Trend-in məlumatına görə, iclasda qarşıda duran bir sıra məsələlər müzakirə edilib, nüfuzlu beynəlxalq təşkilatın daha məhsuldar fəaliyyəti üçün yeni təyinatlar olub. Təbliğat işlərini gücləndirmək məqsədi ilə Sənan Məhərrəmov WSF-nin Media işləri katibi, Vüqar Kərimov isə Dünya Şotokan Federasiyasının rəsmi Azərbaycan nümayəndəsi təyin olunub. İdarə heyətinin yığıncağı aşağadakı yeni tərkibdə keçirilib: Asad Delihasan, Dünya Şotokan Federasiyasının prezidenti Fazil Ələkbərov, Dünya Şotokan Federasiyasının 1-ci vitse-prezidenti Yaşar Bəşirov, Dünya Şotokan Federasiyasının vitse-prezidenti