ABŞ "Amazon" filiallarını kontrafakt məhsullar satanlar siyahısına sala bilər


Dünya 07 Dek 2019 09:34:00 129 0

ABŞ "Amazon" filiallarını kontrafakt məhsullar satanlar siyahısına sala bilər

ABŞ hökuməti, "Amazon" şirkətinin bəzi xarici filiallarının kontrafakt məhsullar yayan ticarət platformaları siyahısına salınma ehtimalını nəzərdən keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, müvafiq tədbirlər, hər il saxta və pirat malların satışını asanlaşdıran və ya yayan bazarların siyahısını dərc edən ABŞ-ın Ticarət Nümayəndəliyi tərəfindən həyata keçirilə bilər. Siyahının yaxın bir neçə həftə ərzində yayımlanacağı qeyd olunur və hələlik yekun qərar verilməyib. Mənbələrə görə, keçən il oxşar təşəbbüs uğursuz olub.

Öz növbəsində, onlayn rieltor mağazasında saxta məhsulların satışını qəti qadağan etdiyini və mağazanın, müştərilərin və markaların qorunmasına çoxlu sərmayə qoyulduğunu söyləyib.