Brüsseldə Türkmənistan Avropa İttifaqi Parlamentlərarası iclası keçirilib


Dünya 07 Dek 2019 08:12:00 128 0

Brüsseldə Türkmənistan  Avropa İttifaqi Parlamentlərarası iclası keçirilib

Brüsseldə Türkmənistan-Avropa İttifaqi (Aİ) 5-ci parlamentlərarası iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Avropa Parlamentinin nümayəndə heyətinə Fulvio Martuşiello rəhbərlik edib.

Tərəflər birgə layihələr çərçivəsində çoxtərəfli tərəfdaşlığın perspektivlərini nəzərdən keçirdiblər.

Görüşdə milli qanunvericilik sisteminin təkmilləşdirilməsi, parlament fəaliyyətində müasir müsbət dəyişikliklərin təfsiri və onun milli səviyyədə müntəzəm şəkildə həyata keçirilməsinə nail olmaq məsələləri müzakirə olunub.

Tərəflər ekoloji siyasət, o cümlədən enerji və nəqliyyat sahəsindəki regional infrastruktur layihələri, vətəndaş cəmiyyəti və insan hüquqları sahələrində qarşılıqlı fəaliyyətin hərtərəfli inkişafına dair müzakirələr aparıblar.