Larry Page və Sergey Brin, Alphabet rəhbərliyindən çıxırlar


Digərləri 07 Dek 2019 08:35:00 112 0

Larry Page və Sergey Brin, Alphabet rəhbərliyindən çıxırlar

Google şirkətinin yaradıcıları Larry Page və Sergey Brin, Alphabet holdinqinin rəhbərliyindən çıxacaqlar. Qeyd etmək lazımdır ki, Larry Page holdinqin general direktoru, Sergey Brin isə prezidenti vəzifəsində çalışırdı. Bu barədə Vc.ru saytı xəbər verib. Bundan sonra Alphabet holdinqinə Google şirkətinin CEO-su Sundar Pichai rəhbərlik edəcək. O həmçinin Google şirkətindəki CEO vəzifəsində də qalacaq və Alphabet holdinqinin prezidentlik vəzifəsi sadələşdiriləcək.

Son.az technote.az-a istinadən bildirir ki, buna baxmayaraq holdinqdəki səs sayının çox hissəsi Larry Page ilə Sergey Brin-də qalacaq. Larry Page ilə Sergey Brin-in təqdim etmiş olduqları məktubda onlar bildiriblər ki, şirkətin strukturundakı dəyişikliklərin mümkün olduğu halda onlar hakimiyyəti saxlamaq istəmirlər. Onlar əvvəldə də olduğu kimi holdinqin direktorlar şurasında çalışmağa davam edəcəklər və holdinqin investorları qismində qalacaqlar.

"Alphabet-in öz mövqeyini gücləndirdiyi, Google və digər şöbələrinin effektiv çalışdıqları dövrün çatdığı bir vaxtda idarəetmə strukturunun sadələşdirilməsinin zamanı gəlib çatdı. Biz, şirkətin yaxşı idarə olunması üsulunun mövcud olduğunu bilirdiksə, heç zaman rəhbərlik vəzifələrindən tutunmurduq. Google və Alphabet artıq iki icraçı direktora və prezidentə ehtiyac duymur. Bundan sonra Sundar Pichai həm Google şirkətinin həm də Alphabet holdinqinin general direktoru olacaq. O, Google rəhbərliyindən və Alphabet-in digər istiqamətlərdə olan investisiyalar üzrə idarəetmədən cavabdeh olacaq. Biz əvvəlki kimi Google ilə Alphabet-in prinsiplərinə sadiq olaraq qalırıq və direktorlar şurasının üzvləri, investorları və şirkətin həmtəsisçiləri vəzifəsində çalışmağa davam edəcəyik. Bundan əlavə olaraq biz Sundar Pichai ilə mütəmadi ünsiyyətdə olmağı planlaşdırırıq" - deyə məktubda qeyd edilib.

"Bu cür dəyişiklik Alphabet strukturuna və bizim gündəlik gördüyümüz işlərə təsir etməyəcək. Mən həmişəki kimi Google şirkətinə, texnologiyaların sərhədlərininin genişləndirilməsinə və hər bir şəxs üçün daha faydalı Google-un hazırlanması yolunda görülən gündəlik işlərə böyük diqqət ayıracam" - deyə Sundar Pichai bildirib. Məlumata əsasən bu dəyişiklik səhmdarlar strukturuna və Google yaradıcılarının şirkətdəki paylarına təsir göstərməyəcək. Qeyd etmək lazımdır ki, Larry Page və Sergey Brin ümumilikdə Alphabet-in səs hüququnun 50%-dən çoxunu idarə edirlər.