Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb


Dünya 07 Dek 2019 03:03:13 134 0

Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb

İraqın paytaxtı Bağdad şəhərində naməlum şəxslərin nümayişçilərə açdığı atəş nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

İraqın paytaxtı Bağdad şəhərində naməlum şəxslərin nümayişçilərə açdığı atəş nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb. Silahlı insident zamanı 30 nəfər yaralanıb.

Qeyd olunub ki, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani Meydanına qədər irəliləyərək oradakı etirazçılara atəş açıblar. Təxribatı törədənlərin kim olduğu bilinmir.

Etirazçılar ordunu baş verənlərə müdaxiləyə və onları müdafiə etməyə çağırıb.

Buna qədər “Al Arabiya”telekanalı 10nəfərin ölməsi barədə xəbər vermişdi.