Günün qoroskopu: səbrinizi toplayın


Digərləri 07 Dek 2019 00:01:00 132 0

Günün qoroskopu: səbrinizi toplayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - ürəyinizə pis şeylər damacaq. Təəssüf ki, onlar tam əsassız deyillər. Bu gün çoxlu çətinliklər gözlənilir. Hər şeyin öhdəsindən gəlmək olar. Lakin problemləri bir-birinin ardınca fasiləsiz həll etmək çox yorucudur. Üstəlik, bel bağlayası heç kiminizin yoxdur. Yalnız öz gücünüzə arxalanmalısınız.

Bu gün bütün sahələrdə özünüzü təkmilləşdirmək üçün əlverişlidir. İmicinizlə bağlı eksperimentlər edin, xarici dil öyrənin, xarakterinizin tərəflərini üzə çıxarın və s. Ulduzlar həyatına yenilik gətirmək istəyənləri dəstəkləyəcək.

Buğa - lakin planlarınızı yalnız etimadınızı qazanan insanlarla bölüşün. Çünki başqalarının ideyalarını özününküləşdirməyə hazır olan adamların sayı olduqca çoxdur. Günün emosional fonu əsl "qış" stabilliyi ilə fərqlənir. Hətta ən impulslu adamlar da bu gün həmişəkindən daha çox sakit və soyuqqanlıdırlar.

Əkizlər - siz bu çətin gündə qarşısına qoyduğu məqsədlərə çata bilən azsaylılara aidsiniz. Hər şey sizin inadkarlığınızdan asılıdır. Hamının və hər şeyin əleyhinizə olduğu bir vaxtda da təslim olmursunuz. Bu, effektli taktikadır. Lakin bununla özünüzə düşmən qazanmaq riskinə gedirsiniz. Yaxınlarınızla istənilən söhbəti ciddi tonda aparmaq lazımdır. Bu gün zarafatların düzgün başa düşülməyəcəyi ehtimalı var. Pul üstündə mübahisələr istina olunmur. Bu məsələdə bir qədər güzəştə getmək pis olmaz.

Xərçəng - pis gün deyil. Yalnız hadisələrin yavaş inkişafı müəyyən əsəbilik yaradır. Lakin günün ortasında sakit ritmə uyğunlaşacaqsınız. Bundan başqa, bu gün olduqca səbrli və təmkinli olacaqsınız. Bu isə o deməkdir ki, istənilən çətin məsələləri müzakirə etmək olar. Günün ikinci yarısı alqı-satqı üçün münasibdir.

Xarakterindən asılı olmayaraq, bütün görüşləri günün ortasına təyin etməyə çalışın. Məhz həmin vaxt həmsöhbətinizlə dil apmaq asan olacaq.  

Şir - ulduzlar hələ də sizin tərəfinizdədirlər. Dünən çatdıra bilmədiyiniz işləri bu gün müvəffəqiyyətlə başa vura bilərsiniz. Bundan başqa, gün işgüzar təmaslar, əməkdaşlığın müzakirəsi üçün münasibdir. Siz hər şeydə haqlı olduğunuza istənilən həmsöhbətinizi inandırmağa qadirsiniz. Hətta ən inadcıl opponent də bu gün fikrinizi dinləyəcək.

Gün ərzində böyük uğurlar qazanacaqsınız. Ona görə də əla əhval-ruhiyyə və sərhədsiz nikbinliyinizə təəccüblənməyə dəyməz. Yeni tanışlıqlar mümkündür. Təşəbbüsləri ehtiyatla irəli sürün. O, qərarsız və fəallığı az olan insanları qorxuda bilər.

Qız - Çətin vəziyyətdən qalib kimi, yalnız çətinliklərdən qorxmayan və açılmayan qapını dəfələrlə döyməyə hazır olan adamlar çıxa biləcəklər. İstənilən məqsədə çatmaq üçün böyük enerji sərfi tələb olunur. Yalnız həyat potensialının yüksək olması sayəsində səhhətlə bağlı problemlərdən yayınmaq mümkündür. Gün istirahət, yaxınlarla ünsiyyət, qeyri-formal dost məclisləri üçün münasibdir.