Qışın ətək dəbinə "nostalji səyahət" FOTO


Digərləri 06 Dek 2019 23:54:00 497 0

Qışın ətək dəbinə "nostalji səyahət"  FOTO

Soyuq havalarda şalvardan savayı heç nə geyinmək istəmirsinizsə, mövsümün yubka trendləri ilə tanış olmağa dəyər. Bizi maraqlı və göz oxşayan dəb cərəyanları ilə təəccübləndirməyə davam edən, ildırım sürəti ilə dəyişən dəb dünyası 2020-ci ilin qış tendensiyalarında da öz gücünü nümayiş etdirib.

Son.az xəbər verir ki, bu mövsümün moda trendlərinə "nostalji səyahət" deyə bilərik! Yalnız 70 və 80-ci illərin deyil, keçmişin bir çox klassik dəb tendensiyaları yenidən yenilənir. Dizaynerlər qış mövsümündə maksi və midi fasonlardan tutmuş mini yubkalara qədər bir çox çeşid təklif edir. Tünd və torpaq tonları xüsusilə seçilir, lakin məftunedici rənglərin sehrli təsirini unutmaq olmaz.

Təmtəraqlı ətəklər

Retro dəbin naxış və lələk elementləri yubkalarda özünü göstərəcək. Axşam dəbdəbəsi və romantikasını gündəlik stilə qata biləcəyiniz maraqlı kombinələrə hazır olun. Diqqəti üzərinizə toplayan təmtəraqlı ətəkləri gündüzlər də rahatlıqla istifadə etmək mümkün olacaq.

Dəri yubkalar

Üsyankar stil yaratmaq üçün dəri yubkaların midi və mini versiyaları idealdır. Qələm fasonlar ofis, mini modellər isə ziyafət və tədbirlər üçün idealdır.

Qısa yubkalar

70-80-ci illərin moda trendlərinin geri dönüşü yubkalarda da özünü göstərir. Xüsusi ilə bel hissəsi düz, aşağı hissəsi qırçın və volanı olan yubkalar ayaqların gözəlliyini ön plana çıxaracaq. Xüsusi qeyd etmək lazımdır ki, qısa ətəklər mövsümün digər rəngli və işləməli kolqotqa tendensiyası ilə mükəmməl tandem yaradır. Kolqotqalar sayəsində əyləncəli dəstlər yarada bilərsiniz.

Məktəbli yubkası