2019cu ilin ən səsküylü toyları FOTO


Digərləri 06 Dek 2019 23:09:00 132 0

2019cu ilin ən səsküylü toyları  FOTO

Arxada qoyduğumuz il ulduz nikahları ilə də zəngin oldu...

Son.az qafqazinfo-ya istinadən 2019-cu ilə yekun vuraraq, bu il ailə həyatı quran tanınmış əcnəbi cütlükləri təqdim edir:  

Castin Biber və Heyli Bolduin

2018-ci ildə münasibətlərini rəsmiləşdirən Heyli Bolduin və Castin Biber yalnız 2019-cu ildə toy etmək qərarına gəliblər. Mərasim sentyabrın 30-da Cənubi Karolina ştatının Blaffton şəhərində baş tutub. Castin və Heyli doğma və yaxınlarının iştirakı ilə kiçik "Somerset" ibadətgahında nikaha giriblər. Bundan sonra hamı Mey çayının sahilyanı ərazisində yerləşən "Montage Palmetto Bluff" otelinə yollanıb. Qonaqların siyahısında 154 soyad olub və bütün dəvətlilər mərasimdə baş verənləri İnstaqram hesablarında foto və video şəklində yayımlayıblar. Mərasimdən daha çox foto burada. 

Kseniya Sobçak və Konstantin Boqomolov

Bu, hər iki tərəfin ikinci toyu olub və onlar mərasimin təşkilinə yumorla yanaşmaq qərarına gəliblər. Belə ki, cütlük nikahdan sonra katafalkda gəzintiyə çıxıb. Kseniya qiyafətləri ilə də diqqət çəkib. O, mərasim ərzində dörd gecə libası dəyişib. Moskvanın mərkəzində yerləşən restoranların birində Födor Bondarçuk, Konstantin Ernst, Zemfira və başqalarının qatıldığı gecədə ümumilikdə 300 nəfər iştirak edib. Mərasimdən daha çox foto burada. 

Sofi Törner və Co Conas

Maraqlıdır ki, toy ərəfəsində Sofi o qədər həyəcan keçirib ki, hətta bəydən ayrılmaq istəyib. Lakin 24 saat sonra fikrindən daşınıb və mərasim baş tutub. "Taxt-tac oyunları"nın ulduzu ilə "Jonas Brothers"in solistinin toy mərasimi Fransanın cənubunda yerləşən qalada keçirilib. Sofi və Conun toyundan ilk fotolar yalnız mərasimdən üç gün sonra yayımlanıb. Ona görə ki, ulduzlar təfərrüatları sirr saxlayırmış.