Serbiyada hər üç tələbədən biri...


Dünya 06 Dek 2019 22:25:00 146 0

Serbiyada hər üç tələbədən biri...

Serbiyada hər üç tələbədən biri funksional savadsızdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu göstəricilər PİSA testləri (təhsilin keyfiyyəti və onun praktik tətbiqi testləri) ilə aparılan hesablamalara əsasən əldə olunub. Belə ki, tələbələrin 40 faizi elementar riyaziyyatı, 38 faizi düzgün yazı və oxu qaydalarını bilmir. 38 faiz tələbə isə ən adi elmi yeniliklərdən xəbərsizdir. Bu səbəbdən burada tələbələr bir il artıq təhsil alır.

Regional olaraq Serbiya qonşuları olan Monteneqro, Şimali Makedoniya, Bosniya və Herseqovinadan təhsilin keyfiyyətinə görə üstün, Macarıstan, Xorvatiya və Sloveniyadan aşağıdır.