Floridada hərbi bazada atışma olub, ölənlər və yaralananlar var


Dünya 06 Dek 2019 20:10:52 131 0

Floridada hərbi bazada atışma olub, ölənlər və yaralananlar var

ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində azı 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində azı 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” xarici KİV-əistinadən xəbər verir ki, hadisəFloridanın Eskambia dairəsində yerləşən Pensakola dəniz hava hərbi bazasında qeydə alınıb.

Bildirilib ki, hadisəni törədən şəxs məhv edilib, yaralananlar xəstəxanaya yerləşdirilib.

Hazırda əraziyə FBI əməkdaşları cəlb edilib, araşdırma aparılır. ABŞ prezidenti Donald Tramp baş verənlərlə bağlı məlumatlandırılıb, Ağ Ev məsələni izləyir.

Qeyd edilib ki, iki gün əvvəl Havaydakı Pörl Harbor hərbi dəniz tərsanəsində hərbi dənizçi Qabriel Romero atəş açaraq iki mülki əməkdaşı öldürmüş və daha birini yaralamış, sonra isə intihar etmişdi.