“Təmiz Şəhər” ASCnin ərazisində 2 min ağac əkilib


Digərləri 06 Dek 2019 19:37:00 144 0

“Təmiz Şəhər” ASCnin ərazisində 2 min ağac əkilib

Dekabrın 6-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ədəd ağacın əkilməsi təşəbbüsünə İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan qurumlar da qoşulub.

"Təmiz Şəhər" ASC-nin ərazisində baş tutan aksiyayada 2000 ağac əkilib.

Ağaclar əkilən ərazidə xüsusi suvarma sistemi qurulub. "Təmiz Şəhər" ASC-nin əməkdaşları daim ağaclara qulluq edəcək.