Sahibkarlar üçün daha bir güzəştli maliyyələşdirmə mexanizmi


Digərləri 06 Dek 2019 18:36:00 149 0

Sahibkarlar üçün daha bir güzəştli maliyyələşdirmə mexanizmi

KOBİA “Rabitəbank”la əməkdaşlıq edəcək.

Bakı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aqrar sahədə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi məqsədilə “Rabitəbank”la əməkdaşlıq edəcək. KOBİA-dan Trend-ə verilən məlumata görə, bu əməkdaşlıq Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində həyata keçiriləcək. “Rabitəbank” layihənin agent bankıdır. Layihənin əsas məqsədi kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına maliyyə dəstəyi göstərməkdir. Bu sahədə həyata keçiriləcək layihələr üçün ilkin olaraq 3 mln. ABŞ dolları həcmində kredit ayrılıb. Layihə çərçivəsində götürüləcək kreditin müddəti 7 il, kredit faizi isə 8,8%-dir.