Nailə İslamzadə: “Güclü qadının gücü ondadır ki, arxasında...”


Şou-biznes 06 Dek 2019 16:44:00 347 0

Nailə İslamzadə: “Güclü qadının gücü ondadır ki, arxasında...”

"Güclü qadınam. Gücümü və ilhamı Allahdan alıram. Ən ağır vaxtlarımda dua edirəm, Qurandan ayələr oxuyuram, Allahla danışıram. Bu mənə mənəvi güc verir. Əlbəttə ki, həyat hər zaman gözlədiyimiz kimi getmir, müsbət və mənfi hadisələr olur. Uğursuzluqları və xoş olmayan hadisələri xatırlamağı sevmirəm, unuduram. Və heç vaxt onun heyfini almıram".

Son.az bildirir ki, bu sözləri Əməkdar artist, tanınmış aparıcı Nailə İslamzadə publika.az-a danışarkən deyib. Həyat prinsiplərindən danışan məşhur bildirib ki, məsum və günahsız insan yoxdur:

"Yetər ki, Allahdan bağışlanmaq istəyək. Yaralarımın çox olduğunu da deyə bilmərəm. Ümumiyyətlə, nəsə baş verəndə ona heyfslənmirəm, keçmişin peşmançılığı ilə yaşamaq mənim həyat prinsiplərimə düz gəlmir. Anlayıram ki, o, baş verdiyi zaman aktual idi, bu, mənə lazım idi. "Niyə belə etdim", "Niyə mənə yara vurdu" sualları ilə özümü yormuram. Sözsüz ki, aldığımız zərbələr kiçik və ya böyük ola bilər. Yıxılanda ağılla durmağı bacarırıqsa, demək ki, gələcəkdə eyni xətanı təkrarlamamaq əsas şərtlərdən biridir. Bu da bizim xarakterimizi müəyyən edir. Yıxılmaq zəiflik əlaməti deyil, əsas odur ki, ayağa qalxmağı biləsən".

Aparıcının "Hər uğurlu kişinin arxasında güclü xanım dayanır deyirlər. Bəs güclü xanım kimi sizin əsas dayağınız kimdir" sualına cavabı belə olub:

"Güclü qadının gücü də ondadır ki, arxasında heç kim dayanmır. Həyat yoldaşımla ailə münasibətlərimiz normaldır. Əgər məni başa düşürsə və bu qədər vaxt televiziyada işləmişəmsə, demək ki, mənə arxa-dayaq olub".