İdman gimnastlarımız Rusiyadakı beynəlxalq turnirdən medallarla geri dönür


Digərləri 06 Dek 2019 16:12:41 134 0

İdman gimnastlarımız Rusiyadakı beynəlxalq turnirdən medallarla geri dönür

1-5 dekabr tarixlərində Rusiyanın Obninsk şəhərində idman gimnastikası üzrə Larisa Latinina adına beynəlxalq turnir keçirilib.

Bakı. 1-5 dekabr tarixlərində Rusiyanın Obninsk şəhərində idman gimnastikası üzrə Larisa Latinina adına beynəlxalq turnir keçirilib. Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, bu turnirdə ölkəmizi kişi idman gimnastikası üzrə yığmanın üzvləri - böyüklər arasında Sərvər Əliyev, Ağamurad Qəhrəmanov, Cavidan Babayev, gənclər arasında Səməd Məmmədli, Mənsum Səfərov, Ramin Dəmirov və Rəsul Əhmədzadə təmsil edib. Gimnastlar arasında ən yaxşı nəticəni Səməd Məmmədli göstərib. Belə ki, o, halqalar və turnikdə bütün rəqiblərini üstələyərək 1-ci olub. Dayaqlı tullanma alətində çıxışına görə Səməd 3-cü yerdə qərarlaşıb. Gənclər arasında çıxış edən daha bir gimnastımız Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə 3-cü olub. Böyüklərin yarışında ən yaxşı nəticəni Cavidan Babayev nümayiş etdirib. O, halqalarda 2-ci, sərbəst hərəkətlərdə isə 3-cü olub. Sərvər Əliyev paralel qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.