Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi (FOTO)


Digərləri 06 Dek 2019 15:46:00 140 0

Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi (FOTO)

Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib

Bakı. Dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub. Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” könüllüləri proqramda fəal iştirak ediblər. Əvvəlcə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edən “Nəqliyyat Agentləri” könüllüləri, daha sonra forum çərçivəsində təşkil olunan sərgidə iştirak edərək Bakı Nəqliyyat Agentliyini təmsil ediblər. Agentliyin təşkil etdiyi könüllülük fəaliyyəti ilə bağlı stendə yaxınlaşan gənclər məlumatlandırılıb, onlara maarifləndirici materiallar və hədiyyələr təqdim edilib. Daha sonra könüllülərimiz forumda iştirak ediblər. İl ərzində fəallıq nümayiş etdirən könüllülərin mükafatlandırılması mərasimində Bakı Nəqliyyat Agentliyinin könüllüsü də diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib. Sonda rəsmi qonaqlar və könüllü təşkilatlarının təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.