Aktrisa rəfiqəsinin sevgilisi ilə görüşməyə başladı


Digərləri 06 Dek 2019 15:39:00 137 0

Aktrisa rəfiqəsinin sevgilisi ilə görüşməyə başladı

"Hər yerdə sən" serialının baş qəhrəmanları Aybüke Pusat və Furkan Andıç dünən hava limanında görüntülənib.

Son.az publika.az-a istinadən xəbər verir ki, aktrisa ilə aktyorun birlikdə tətilə yollandığı iddia edilib. Bu, serialda tərəf müqabili olan cütlüyün sevgili olması xəbərlərini gücləndirib.

Məlumat üçün bildirək ki, Furkan Andıç ötən il "Çukur" serialında Sena obrazını canlandıran aktrisa Dilan Çiçək Dənizlə sevgili idi. Dilan Çiçək Dəniz isə Aybüke Pusatla birlikdə gözəllik müsabiqəsində iştirak edib. Dilan müsabiqənin ikincisi, Aybüke isə qalib olmuşdu.