“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açıb (FOTO)


Digərləri 06 Dek 2019 15:30:00 128 0

“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açıb (FOTO)

“Azpetrol” şirkəti Şamaxıda yeni yanacaqdoldurma məntəqəsini açdı

Bakı. “Azpetrol” şirkəti Şamaxı rayonunda özünün sayca 91-ci “Şamaxı-ASAN” yanacaqdoldurma məntəqəsini (YDM) açıb. Bu Şirkətin Şamaxı rayonunda 3-cü yanacaqdoldurma məntəqəsidir. Açılış “ASAN xidmət”lə bir gündə, şirkətin Baş direktoru Ceyhun Məmmədov və digər əməkdaşların iştirakı ilə olmuşdur. “Şamaxı-ASAN” YDM-də həm də Elektromobillərin doldurulması cihazı da quraşdırılıb. Açılış mərasimindən sonra müştərilərə Şirkət tərəfindən müxtəlif hədiyyələr verilib. Şirkət özünün yanacaqdoldurma məntəqələr şəbəkəsini daha da genişləndirmək niyyətindədir.