Petrosyan: "Serj Sarqsyana qarşı cinayət işi..."


Dünya 06 Dek 2019 14:14:00 136 0

Petrosyan: "Serj Sarqsyana qarşı cinayət işi..."

Serj Sarqsyanın Avropa Xalq Partiyasının Zaqrebdəki zirvə toplantısındakı son çıxışı onun ağzını bağlamaq istəyinin yaranması üçün əsas ola bilər, mən bunu istisna etmirəm.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Çiçəklənən Ermənistan partiyasından olan deputat Gevork Petrosyan deyib.

"Orada hüquqi təhlükəsizliyimiz sahəsində problemlər səsləndirildi və təbii ki, bu hakimiyyətin xoşuna gələ bilməzdi. Lakin hüquqşünas kimi mən dəqiqliklə deyə bilmərəm ki, Serj Sarqsyana qarşı cinayət işi yalnız siyasi maraqlara bağlıdır", - Petrosyan bildirib.

Petrosyanın sözlərinə görə, hakimiyyət ictimaiyyəti mütəmadi şoularla, sonu gəlməyən məhkəmə prosesləri və həbslərlə qidalandıra bilməz, çünki insanlar hakimiyyəti şouya baxmaq üçün deyil, daha yaxşı yaşamaq üçün dəyişiblər.