Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir


Digərləri 06 Dek 2019 14:00:00 181 0

Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı keçirilən bütün tədbirləri mütərəqqi hal hesab edirəm.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı keçirilən bütün tədbirləri mütərəqqi hal hesab edirəm. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir: “Bilirsiniz ki, qlobal miqyasda ətraf mühitin qorunması çox ciddi bir məsələdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə salınan yaşıllıq zonaları ətraf mühitin qorunması üçün görülən mühüm işlərdəndir. Bu aksiya, eyni zamanda böyük mütəfəkkir, filosof, dahi şair Nəsiminin 650 illiyinə həsr olunur. Azərbaycanda salınan yeni yaşıllıq zonaları ölkəmizin daha da gözəlləşməsi və zənginləşməsinə böyük töhfədir”.