BDUnun ölən tələbəsi ilə bağlı müəmmalar...


Digərləri 06 Dek 2019 11:44:00 129 0

BDUnun ölən tələbəsi ilə bağlı müəmmalar...

Noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi hələ də müəmma olaraq qalıb. İki gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun məsələ ilə bağlı açıqlaması bu müəmmaları daha da artırıb.

Belə ki, Q. Təhməzov bildirib ki,  Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbənin ölümünə səbəb qida mənşəli zəhərlənmə deyil, bu, toksiki zəhərlənmədir.

Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir:

"Məsələ hüquq-mühafizə orqanlarına aiddir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək. KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi qələmə vermişdi".

Yada salaq ki, universitetin 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində BDU-nun  fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı vəfat edib, ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və kitabxanaçılıq və informasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilib.

Hadisədən sonra qızlardan birinin ağzından qan gəldiyi xəbəri yayılmışdı.  O zaman professor Adil Qeybulla bunun toksiki zəhərlənmənin əlaməti olduğunu demişdi.

Bəs, toksiki zəhərlənmə nədir?