Xanıma “başqa otağa keçək, sübut edim” deyən Can Yamanın serialı təxirə salındı


Digərləri 06 Dek 2019 12:39:00 130 0

Xanıma “başqa otağa keçək, sübut edim” deyən Can Yamanın serialı təxirə salındı

Son günlər qalmaqallarda adı hallanan türkiyəli aktyor Can Yaman İtaliyada "Survivor" yarışmasını aparacaq.

Son.az ölkə.az-a istinadən bildirir ki, seriallarda oynadığı qadın həmkarlarını və onun sevən xanımları təhqir edən  aktyorun fevral ayında çəkilməsi planlaşdırılan "Can borcu" serialı da təxirə salınıb. Aktyorun İspaniyada televiziya proqramında tamaşaçıya "arxa otağa keçək və mən sübut edim" sözləri deməsi serialın prodüserini əsəbləşdirib.

Yanvarda əsgərliyə gedən Canın artıq fevral ayında serial çəkilişlərinə başlaması və mart ayından serialın təqdim olunması təsdiqlənmişdi. Amma qalmaqallı açıqlamalara görə serialın gələn ilin sentyabr ayında çəkilməsi nəzərdə tutulub.

Hətta prodüser Canı baş verən hadisələrdən uzaqlaşdırmaq üçün onu xaricə istirahətə göndərib. Tətildən sonra aktyor İtaliyada "Survivor" yarışmasını aparacaq.  Aparıcılıq etməsi Türkiyə mətbuatından və qalmaqallardan uzaq olması ilə bağlıdır.

Xatırladaq ki, Can Yaman öncə serialın reytinqli olması üçün qadın həmkarları ilə "mütləq sevgili olunmalıdır" fikri ilə Türkiyədə qınaq obyektinə çevrilib.